Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstərən ruhanilərin iştirakı ilə keçirilən anım mərasimində öncə mərhumun ruhuna Quran oxunub, dualar edilib.
İslamazeri.com xəbər verir ki, 48 yaşında vəfat edən Azərbaycanlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə Tbilisi “Alulbeyt” Mərkəzinin Konfrans salonunda anım mərasimi keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstərən ruhanilərin iştirakı ilə keçirilən anım mərasimində öncə mərhumun ruhuna Quran oxunub, dualar edilib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsnin şeyxi Hacı Ramin İgidov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev, Alulbeyt Gürcüstan təşkilatının sədri Hacı Faiq Nəbiyev, Əhlibeyt məscidinin imamı Hacı Rahid Kərimov çıxış edərək azərbaycanlılarının qəlbində sevgi və sayqı qazanan dəyərli din alimi haqqında öz fikirlərini və təəssuratlarını söyləyiblər. Ona Allahdan rəhmət, ailəsinə yaxınlarına dərin hüznlə başsağlıqlarını çatdırıb, şəxsiyyətinə hörmət bəsləyənlərə səbr diləyiblər.
Sonda Azərbaycanlı Əhli-beyt məddahı Seyid Rəhman rövzə oxuyub. Məclis dua oxunmaqla sona çatıb.
Qeyd edək ki, Cümə namazlarında Gürcüstanın bir çox məscidlərində də Hacı Şahin anılıb, söhbətlər edilib və ruhuna Quran oxunulub.