Tbilisidə Hacı Şahinin anım mərasimi keçirilib - FOTO

Yayınlanma tarixi: 6.03.2023 11:02:32

Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstərən ruhanilərin iştirakı ilə keçirilən anım mərasimində öncə mərhumun ruhuna Quran oxunub, dualar edilib.

İslamazeri.com xəbər verir ki, bu gün iki gün öncə 48 yaşında vəfat edən Azərbaycanlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə Tbilisi “Alulbeyt” Mərkəzinin Konfrans salonunda anım mərasimi keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsində fəaliyyət göstərən ruhanilərin iştirakı ilə keçirilən anım mərasimində öncə mərhumun ruhuna Quran oxunub, dualar edilib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsnin şeyxi Hacı Ramin İgidov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev, Alulbeyt Gürcüstan təşkilatının sədri Hacı Faiq Nəbiyev, Əhlibeyt məscidinin imamı Hacı Rahid Kərimov çıxış edərək azərbaycanlılarının qəlbində sevgi və sayqı qazanan dəyərli din alimi haqqında öz fikirlərini və təəssuratlarını söyləyiblər. Ona Allahdan rəhmət, ailəsinə yaxınlarına dərin hüznlə başsağlıqlarını çatdırıb, şəxsiyyətinə hörmət bəsləyənlərə səbr diləyiblər.
Sonda Azərbaycanlı Əhli-beyt məddahı Seyid Rəhman rövzə oxuyub. Məclis dua oxunmaqla sona çatıb.

Qeyd edək ki, dünənki Cümə namazlarında Gürcüstanın bir çox məscidlərində də Hacı Şahin anılıb, söhbətlər edilib və ruhuna Quran oxunulub.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55