Suriyadakı İmam Əli (ə) məscidində terroru bu qruplaşma törədib

Suriyadakı İmam Əli (ə) məscidində terroru bu qruplaşma törədib
Yayınlanma tarixi: 12/27/2025 11:28:57 AM

Ənsar əs-Sünnə Briqadaları Suriyanın Homs şəhərində məscidə edilən və 12 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İslamazeri.com xəbər verir ki, İraqın Alsumaria televiziyasının məlumatına görə, radikal silahlı qrup Ənsar əs-Sünnə Briqadaları Suriyanın Homs şəhərində 12 nəfərin ölümünə səbəb olan məscidə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu silahlı qrup ötən ilin iyun ayında Dəməşqin Duvayla məhəlləsindəki Mar Elias Yunan Pravoslav Kilsəsini hədəfə alıb. Bazar günü, 22 iyun axşamı baş verən həmin hücumda ən azı 27 nəfər həlak olub.

Yerli media partlayışın ələvi əhalisinin çox olduğu Vadi əs-Zəhəb məhəlləsindəki İmam Əli (ə) məscidində baş verdiyini bildirib.

Partlayışın ibadət edənlər cümə namazını bitirərkən baş verdiyi bildirilir.

Əl-Cəzirə müxbiri Ayman Oğanna hücumun baş verdiyi Homsun ələvi, xristian və sünni əhalisinin birlikdə yaşadığı kosmopolit bir şəhər olduğunu yazıb.

GÜNÜN MANŞETLERİ