İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan

İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan
Yayınlanma tarixi: 2/10/2026 12:44:11 AM

"İranda rejim dəyişikliyi hərbi müdaxilə ilə mümkün deyil, bu, boş xəyaldır"

İslamazeri.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN Türk kanalında canlı yayımda çıxışı zamanı İran–ABŞ arasında Omanda aparılan danışıqlar və İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüş barədə açıqlamalar verərkən deyib.

Fidan bildirib ki, bölgənin yeni bir müharibəni qaldıra biləcək gücü yoxdur və mümkün qarşıdurmanın qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir. Onun sözlərinə görə, hazırda ani bir müharibə təhlükəsi müşahidə olunmur.

“Bu, dərhal nəticə əldə ediləcək bir proses deyil. Lakin müsbət məqam ondan ibarətdir ki, tərəflər danışıqlar aparmaq iradəsi ortaya qoyublar. Uzun fasilədən sonra ilk təmasdan sonra müsbət atmosferin yaranması bizim üçün önəmlidir. Əgər tərəflərdə problemi həll etmək niyyəti varsa, biz bunu görürük. Hazırda ən azı qəfil müharibə təhlükəsi yoxdur”, – deyə Fidan vurğulayıb.

Nazir bildirib ki, İran tərəfi ilə nüvə məsələsində müəyyən iradə müşahidə edildikdən sonra ABŞ tərəfinə də bu istiqamətdə irəliləməyin daha düzgün olacağını çatdırıblar. Onun sözlərinə görə, nüvə məsələsi əsas açar mövzudur və bu sahədə razılaşma əldə olunarsa, digər problemlərin həlli də xeyli asanlaşar.

Fidan qeyd edib ki, ABŞ daha çox təzyiq vasitələrindən istifadə edən metod seçib: hərbi donanmaların bölgəyə göndərilməsi, bombardman imkanlarının gündəmə gətirilməsi, strateji güclərin yerinin dəyişdirilməsi. İranın da tez-tez raket imkanlarını artırdığını bəyan etməsi hər iki tərəfin mümkün müharibənin ağır nəticələr doğuracağını dərk etdiyini göstərir.

Türkiyənin xarici işlər naziri xüsusilə vurğulayıb ki, İranda hərbi müdaxilə ilə rejim dəyişikliyi mümkün deyil:

“Hava hücumu ilə və ya başqa hərbi vasitələrlə İranda rejim dəyişməz. Bu, boş bir xəyaldır.”

Fidanın sözlərinə görə, problem rejimin mövcudluğu deyil, onun qəbul etdiyi qərarlar və yürütdüyü siyasətlərdir. O bildirib ki, dünyada İran rejimindən də daha mərkəzləşmiş və daha totalitar idarəetmə formalarına malik ölkələr mövcuddur.

Nazir həmçinin İranın nüvə silahına malik olmadığını və belə silah hazırladığına dair etibarlı məlumatın olmadığını da diqqətə çatdırıb.

GÜNÜN MANŞETLERİ

İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan
REGİON / TÜRKİYƏ

İranda rejim dəyişikliyi boş xəyaldır - Hakan Fidan

2/10/2026 12:44:11 AM
Deputat Fəzail Ağamalı vəfat edib
ÖLKƏ / SİYASƏT

Deputat Fəzail Ağamalı vəfat edib

2/9/2026 8:37:48 PM
Komitə sədri icra başçısı oldu
ÖLKƏ / SİYASƏT

Komitə sədri icra başçısı oldu

2/9/2026 5:44:20 PM
Azərbaycanda pensiyalar artırılır - RƏSMİ
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiyalar artırılır - RƏSMİ

2/9/2026 5:34:02 PM
İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Fələstin torpaqlarında yeni ilhaq planlarını təsdiqləyib

2/9/2026 3:29:51 PM