Yayınlanma tarixi: 15.06.2023 13:10:46
Bəzən "ateist", bəzən "millətçi", bəzən "dindar" trollar müəyyən edilmiş proqram əsasında öz fəaliyyətini yerinə yetirir.
İlk növbədə “trol” sözü hardan gəlir ona baxaq.
“Troll” Skandinaviya ölkələrində nağıllarda div, təpəgöz və ya çirkin bir personajdır. Demək olar aşağı-yuxarı bu nağıllarda mənfi obraz yaradır.
Sosial mediada isə bu məsələ daha çox tanınmış şəxslər, səhifələr, hətta dövlətlər arası əlaqələrdə istifadə edilən bir şəxs və ya komandadan ibarətdir.
Bunların işi gündəmi dəyişmək, gündəmdəki mövzunu dəyişə bilmədikdə fərqli istiqamətlərə yönləndirməkdir.
Sosial mediada hər kəsimin “trol”larına rast gəlmək mümkündür.
Bəzən "ateist", bəzən "millətçi", bəzən "dindar" trollar müəyyən edilmiş proqram əsasında öz fəaliyyətini yerinə yetirir.
Bu trol 10-15 fərqli səhifə və profil ilə fəaliyyət göstərir. Qeyri-rəsmi məlumata görə, hətta trollar maaş və mükafatlar müqabilində daimi iş yeri kimi fəaliyyət göstərirlər.
Trolun heç bir avantajı yoxdur, çünki sosial şəbəkələr bu cür fəaliyyəti qeyri-qanuni və ya qeyri-etik hesab edərək mübarizə aparır. Belə şəxslər çox vaxt tanınmır və fəaliyyətləri psixoloji olaraq qeyri-sabitdir. Çünki bu trollar adətən blok edilir və təhqirlərə də məruz qalırlar.
Proksi nədir?
Proksi internet məkanda serveri bir yerdə olan, lakin adresi dəyişdirilən bir vasitədir. Lakin son zamanlar proksi müharibə termini də dünyada diqqət çəkir. Lakin mövzumuz sosial şəbəkələrdəki proksilərlə bağlıdır.
Sosial şəbəkədəki proksilər adətən tanınan şəxslərdir. Bu cür şəxslər bəzən bilərəkdən, bəzən bilməyərəkdən şəxslər, ölkələr və ya qurumların proksisi olurlar.
Belə şəxslər troldan fərqi budur ki, bu şəxslər artıq müəyyən çevrədə tanınır, nüfuz sahibidir və hörmətlə yazıları oxunur.
Ona görə də, maraqlı qüvvələr bu tip şəxsləri proksilərinə çevirməkdə maraqlı olurlar.
Proksilər də trollar kimi hər kəsimdə mövcuddur.
Lakin son olaraq qeyd edək ki, istər proksi istər trol istifadə edilən şəxslərdir və müxtəlif qrupların istifadə etdiyi yumşaq müharibə, təbliğat-təşviqat vasitəsidir. Bu vasitələr isə istər bilərəkdən olsun, istər bilməyərəkdən istifadə müddəti vardır. Odur ki, sosial mediada paylaşım edərkən xoşunuza gələn bir şey olsa belə, proksi və trolların gündəm yaratmaq istədikləri şeyləri təsdiqləməklə onların sırasına qoşulma təhlükəsilə üz-üzə olacaqsınız. Odur ki, son günlər dini camiədəki problemlərin bəzisi bu məsələlərə diqqət etməmək, “xoş söz”, “hünərli açıqlama”ları paylaşmaq səbəb olmuşdur.
Muzdlu proksilərdə bu yazı qıcıq yaratsa da, sözüm çatacaq dostlara kiçik bir məlumatlandırma ola bilər.
P.S. Proksiləri tanımaq üçün onun təbliğ etdiyi detallara baxmaq kifayətdir. Hər bir “hünərli açıqlama”, “tənqid” proksi də ola bilər, olmaya da bilər. Sadəcə “server”inin yerini təyin etsəniz proksi olub olmamasını anlayacaqsınız.
Jurnalist-yazar Ramin Bayramov