Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib

Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib
Yayınlanma tarixi: 16.11.2022 11:03:12

Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Kanada Rusiyanın idarəetmə, biznes, ətraf mühit və mədəniyyət nümayəndələrinə, siyasətçilərinə, millət vəkillərinə və ekspertlərinə qarşı sanksiyalarını davam etdirir. Rusiya buna cavab olaraq 100 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Sanksiya siyahısına yüksək vəzifəli məmurlar, iş adamları, media və maliyyə strukturlarının təmsilçiləri daxil edilib.

Qeyd edək ki, sanksiya siyahısında məşhur aktyor Cim Kerri də var.
Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də 200 Amerika vətəndaşının sanksiya siyahısına daxil edildiyini və bu şəxslərin ölkəyə girişinin qadağan edildiyini açıqlamışdı.

GÜNÜN MANŞETLERİ