Rəsmi Moskva: İranın zənginləşdirilmiş uranını saxlamağa hazırıq

Rəsmi Moskva: İranın zənginləşdirilmiş uranını saxlamağa hazırıq
Yayınlanma tarixi: 2/18/2026 3:20:01 PM

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, "İranın zənginləşdirilmiş uranını saxlamağa hazırıq".

İslamazeri.com xəbər verir ki, Peskov bu sözləri Qətərdə Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə cari məsələlərə toxunaraq deyib.

O bildirib ki, "İranın zənginləşdirilmiş uranını saxlamağa hazırıq".

İran və ABŞ arasında dolayı danışıqlara gəldikdə, Peskov bu danışıqların nəticələri ilə bağlı qərəzli fikirlərdən çəkinməyin vacibliyini vurğulayıb.

Peskov qeyd edib ki, Moskva bu prosesə "konstruktiv münasibətlə və gərginliyi azaltmaq məqsədi ilə" yanaşır.

Peskov əvvəllər ABŞ-ın İranın zənginləşdirilmiş uranın emalını və ya saxlanmasını təklif etdiyini bildirmişdi.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM