Ramazan ayında namazlardan sonra oxunan iki DUA

Ramazan ayında namazlardan sonra oxunan iki DUA
Yayınlanma tarixi: 2/23/2026 10:17:00 AM

Ramazan ayında namazlardan sonra oxunan iki DUA...

İslamazeri.com: Mübarək Ramazan ayında gündəlik vacib namazlardan sonra oxunması tövsiyyə olunan iki dua var. “Ya əliyyu Ya Əzim” deyilən birinci dua və “Allahummə Ədxil” kimi tanınan ikinci dua. Ramazan ayında gündəlik vacib namazlardan sonra oxunması tövsiyyə olunan hər iki duanı təqdim edirik: يَا عَلِيُّ يَا عَظيمُ، يَا غَفُورُ يَا رَحيمُ، انْتَ الرَّبُّ الْعَظيمُ الَّذي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ، وَهذَا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهُ، وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُورِ، وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ، وَهُوَ شَهْرُ رَمَضَانَ، الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، هُدَىً لِلنَّاسِ وَبَيِّـنَاتٍ مِنَ الْهُدى وَالْفُرْقَانِ، وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ، وَجَعَلْتَهَا خَيْراً مِنْ اَلْفِ شَهْرٍ، فَيَا ذَا الْمَنِّ وَلاَ يُمَنُّ عَلَيْكَ، مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتي مِنَ النَّارِ فيمَنْ تَمُنُّ عَلَيْهِ، وَاَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ. – Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rəhim Əntər-rəbbul-əzim Əlləzi, leysə kəmislihi şəy Və huvəs-səmiul-bəsir Və haza şəhrun, əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur Və huvə şəhrul-ləzi fərəztə siyaməhu əley və huvə şəhru Rəməzan Əlləzi ənzəltə, fihil Qur’an, hudənl lin-nasi və bəyyinatin minəl huda və furqan Və cəəltə fihi leylətəl qədr və cəəltəhə xəyrən min əlfi şəhr Fə ya zəl-məni və la yumənnu əleyk Munnə əleyyə bi fəkaki rəqəbəti minənnar, fiymən təmunnu ələyk Və ədxilnil cənnəh,bi Rəhmətikə ya Ərhəmər-Rahimin “Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən. Və bu, həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etdin. Və bu, həmin aydır ki, onda oruc tutmağı mənə vacib etdin. Bu, Ramazan ayıdır. O ay ki, haqqı nahaqqdan ayıran və hidayət üçün aydın dəlil olan Quranı onda nazil etdin. Min aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar verdin. Ey minnət sahibi,sənə minnət qoyulmaz! Mənə minnət göstərilən bəndələrinin dəstəsində minnət qoymaqla əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi! Belə isə, ye o kəs ki, minnət qoyur, lakin ona minnət qoyulmaz! Cəhənnəm atəşindən azad edib cənnətə daxil etməklə mənə minnət qoy! ” اَللّهُمَّ اَدْخِلْ عَلی اَهْلِ الْقُبُورِ السُّرُورَ اَللّهُمَّ اَغْنِ کُلَّ فَقیرٍ اَللّهُمَّ اَشْبِعْ کُلَّ جایِعٍ اَللّهُمَّ اکْسُ کُلَّ عُرْیانٍ اَللّهُمَّ اقْضِ دَیْنَ کُلِّ مَدینٍ اَللّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ اَللّهُمَّ رُدَّ کُلَّ غَریبٍ اَللّهُمَّ فُکَّ کُلَّ اَسیرٍ اَللّهُمَّ اَصْلِحْ کُلَّ فاسِدٍ مِنْ اُمُورِ الْمُسْلِمینَ اَللّهُمَّ اشْفِ کُلَّ مَریضٍ اَللّهُمَّ سُدَّ فَقْرَنا بِغِناکَ اَللّهُمَّ غَیِّرْ سُوءَ حالِنا بِحُسْنِ حالِکَ اَللّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ وَاَغْنِنا مِنَ الْفَقْرِ اِنَّکَ عَلی کُلِّشَیءٍ قَدیرٌ Allahummə ədxil əla əhlil quburis-surur, Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai, Allahumməksu kullə uryan, Allahumməqzi dəynə kulli mədin, Allahummə fərric ən kulli məkrub, Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir, Allahummə əslih kullə fasidin min umuril muslimin, Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna bi ğinak, Allahummə ğeyyir suə halina bi husni halik Allahumməqzi ənnəddəynə və əğnina minəl fəqr İnnəkə əla kulli şəy’in qədir “İlahi qəbr əhlinə sevinc göndər, İlahi, bütün fəqirləri zəngin et! İlahi, bütün acları doyuzdur! İlahi, bütün paltarsızları geyindir! İlahi, bütün borcluların borcunu qaytar! İlahi, bütün qəmlərə son qoy! İlahi, bütün qəribləri vətəninə qaytar! İlahi, bütün əsirləri azad et! İlahi, müsəlmanların hər işində fəsadı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar! İlahi, pis halımızı öz yaxşı halınla əvəz et! İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlıqla əvəz et! Həqiqətən Sən hər şeyə qadirsən!”

GÜNÜN MANŞETLERİ

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram
DÜNYA / İSLAM DÜNYASI

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram

2/23/2026 8:30:01 PM
Tehrandakı universitetlərdə nə baş verib?
REGİON / İRAN

Tehrandakı universitetlərdə nə baş verib?

2/23/2026 8:00:01 PM
ABŞ Beyrutdakı səfirliyini boşaltdı
DÜNYA / SİYASƏT

ABŞ Beyrutdakı səfirliyini boşaltdı

2/23/2026 6:41:39 PM
Sumqayıtda partlamamış top mərmisi tapılıb
ÖLKƏ / HƏRBİ

Sumqayıtda partlamamış top mərmisi tapılıb

2/23/2026 5:10:26 PM