İran ABŞ ilə danışıqlar prosesinin davam etdirilməsinə mane olan əsas səbəbləri açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran ABŞ-ın atəşkəs rejimini pozması və İran ticarət gəmilərinə hücumlarının Vaşinqtonla danışıqların davam etməsinə mane olduğunu bildirib. Tehran vəziyyəti qiymətləndirdikdən sonra növbəti addımlarını müəyyən edəcək.
İran Xarici İşlər Nazirliyi bildirib ki, İran xarici işlər naziri Abbas Əraqçi Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığında Vaşinqtonun atəşkəs rejimini pozması və İran ticarət gəmilərinə hücumlarının İranla ABŞ arasında danışıqların davam etməsinə mane olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“İran xarici işlər naziri ABŞ-ın İran ticarət gəmilərinə hücumları və davam edən atəşkəs pozuntuları kimi təxribatçı hərəkətlərini, eləcə də Vaşinqtonun İrana qarşı ziddiyyətli mövqeyini və təhdidedici ritorikasını ABŞ ilə danışıqlar prosesinin davam etməsinə əsas maneələr kimi görür.”
Nazirlik əlavə edib ki, Tehran mövcud vəziyyətin bütün aspektlərini qiymətləndirdikdən sonra növbəti addımları barədə qərar verəcək.