Netanyahu: İsrail İranla yeni bir qarşıdurma axtarmır

Netanyahu: İsrail İranla yeni bir qarşıdurma axtarmır
Yayınlanma tarixi: 12/25/2025 10:21:45 AM

"İsrail İranla yeni bir qarşıdurma axtarmır."

İslamazeri.com xəbər verir ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahu israilli hərbçilər qarşısında çıxışı zamanı İrana işarə edərək iddia edib ki, İsrail İranla yeni bir qarşıdurma axtarmır, lakin prosesləri nəzarət altında saxlayır.

Netanyahu iddia edib: Düşmənlərimiz aldıqları zərərləri bərpa edirlər; eyni zamanda silahlarını yenidən qurmağa çalışırlar.

O bildirib ki, İsrailə qarşı köhnə təhdidlər forma dəyişib, həmçinin hər an yeni təhdidlər meydana çıxa bilər: “Gözlərimiz açıqdır.”

GÜNÜN MANŞETLERİ