Microsoft 10 min işçisini ixtisar edəcək

Microsoft 10 min işçisini ixtisar edəcək
Yayınlanma tarixi: 19.01.2023 13:35:16

ABŞ-nin texnologiya şirkətlərindən “Microsoft” ilin üçüncü rübünün sonuna qədər 10 min işçisini işdən çıxaracağını açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda “Microsoft”un CEO-su Satya Nadella şirkət işçiləri ilə paylaşdığı açıqlamada bildirib.

O, bu rəqəmin şirkətin ümumi işçilərinin 5 faizindən də azına uyğun gəldiyini xatırladıb.

Müştərilərin rəqəmsal xərclərini optimallaşdırdıqlarını deyən Nadella, “Dünyanın bəzi hissələri tənəzzüldə, bəziləri isə tənəzzül gözlədiyi üçün hər sənaye və coğrafiyadakı təşkilatların ehtiyatlı davrandığını görürük”  deyib.

Nadella, bəzi sahələrdə vəzifələri ləğv etməklə yanaşı, mühüm strateji sahələrdə işə götürməyə davam edəcəklərini vurğulayıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55