Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb
Yayınlanma tarixi: 5/19/2023 12:58:23 PM

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

İslamazeri.com "Report"a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.

Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı

6/18/2026 2:36:19 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM
İran Rusiyadan 21 ədəd helikopter alacaq
REGİON / İRAN

İran Rusiyadan 21 ədəd helikopter alacaq

6/18/2026 1:00:01 PM
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM