Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub
Yayınlanma tarixi: 11/11/2022 4:45:04 PM

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

İslamazeri.com xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) - Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!
REGİON / İRAN

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

4/16/2026 2:42:34 PM
SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

4/16/2026 1:34:08 PM