İtaliya ABŞ-a öz bazasından istifadəni qadağan etdiyini açıqlayıb
İslamazeri.com xəbər verir ki, İtaliya, ABŞ-ın Sitsiliyada yerləşən Sigonella aviabazasından istifadəsinə icazə verməyib.
Bu qərar Donald Trampın NATO üzvlərinə İrana qarşı müharibədə ABŞ-a kömək etmələri barədə davamlı təhdidləri fonunda qəbul olunub.
İtaliya xəbər agentliyi ANSA-nın məlumatına görə, bu qadağa ABŞ təyyarələrinin uçuş planlarında Qərbi Asiyaya gedərkən Sigonellada dayanacaq nəzərdə tutulmasına baxmayaraq tətbiq olunub.