İraq Baş nazirindən İŞİD barədə AÇIQLAMA

İraq Baş nazirindən İŞİD barədə AÇIQLAMA
Yayınlanma tarixi: 1/26/2026 10:37:18 AM

İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani Birləşmiş Millətlər Təşkilatının rəsmisi ilə görüşdə mühüm açıqlamalar verib. O, İŞİD məhbuslarının Suriyanın şimal-şərqindən İraq həbsxanalarına köçürülməsinin "müvəqqəti" bir addım olduğunu vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Sudani bu addımın milli və regional təhlükəsizliyin qorunmasını hədəflədiyini bildirib.

O, ölkəsinin terror fəaliyyətlərinin qarşısını almaq üçün düzgün həllər hazırlamaq məsuliyyətini və qabiliyyətini nümayiş etdirdiyini bildirib.

İraq Baş naziri açıqlamasında, beynəlxalq ictimaiyyətə də çağırış edib. O, bütün müvafiq ölkələri İŞİD sıralarında döyüşən vətəndaşlarını geri götürməyə və onların ədalətli mühakimə olunmasını təmin etməyə dəvət edib. Sudani mesajı çatdırıb: "Onlar vətəndaşlarını geri götürməli və layiq olduqları cəzanı alması üçün onları mühakimə etməlidirlər".

BMT rəsmisi Atul Xare İraqın bu addımının vacibliyini vurğulayıb. Bildirilib ki, BMT Baş katibi Antonio Quterreş İraqın regional sabitliyin təmin edilməsindəki rolunu və xüsusən də İŞİD üzvü olan İraq vətəndaşlarının köçürülməsindəki əməkdaşlığını qeyd edib. Xare terror təhlükəsinin yayılmasının qarşısını almaq üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu vurğulayıb.

GÜNÜN MANŞETLERİ

İraq Baş nazirindən İŞİD barədə AÇIQLAMA
DÜNYA / İSLAM DÜNYASI

İraq Baş nazirindən İŞİD barədə AÇIQLAMA

1/26/2026 10:37:18 AM
Azərbaycanda 17 məscidə imam axtarılır
ÖLKƏ / SİYASƏT

Azərbaycanda 17 məscidə imam axtarılır

1/26/2026 10:04:01 AM
Daşaltı əməliyyatından 34 il ötür
ÖLKƏ / HƏRBİ

Daşaltı əməliyyatından 34 il ötür

1/26/2026 9:43:43 AM