Azərbaycanda influenser və bloqerlərə YENİ QADAĞA

Azərbaycanda influenser və bloqerlərə YENİ QADAĞA
Yayınlanma tarixi: 3/12/2026 1:10:01 PM

"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub".

Azərbaycanda influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.

İslamazeri.com xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Taptıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, ötən il "Reklam haqqında" Qanununa edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub.

"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır".

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM