İranlı xakerlər İsrail təhlükəsizlik orqanlarının kameralarına sızdılar

İranlı xakerlər İsrail təhlükəsizlik orqanlarının kameralarına sızdılar
Yayınlanma tarixi: 24.11.2022 17:20:48

İranlı xakerlər İsrail təhlükəsizlik agentliyinin kameralarına sızaraq video kadrları ələ keçirdilər

İslamazeri.com xəbər verir ki, İranın xaker qruplarından biri, İsrailin təhlükəsizik orqanlarından birinin nəzarət kameralarına sızaraq, videogörüntüləri ələ keçirib.

Bu barədə Ynet portalı məlumat yayıb.

İsrail mediasının məlumatına görə, bu kadrlar Qüdsdə bir İsraillinin öldürülməsilə nəticələnən hücumla əlaqəli olduğu və bu hücumdan sonra iranlı hakerlərin təhlükəsizlik agentliklərindən birinə sızmasından sonra yayılıb.

Qeyd olunur ki, ilk öncə bu kadrların polis və bələdiyyə kameralarına aid olduğu bildirilib. Lakin sonra bu kameraların təhlükəsizlik orqanlarına məxsus olduğu məlum olub.

İranlı xaker qrupu bu görüntülərlə yanaşı, İsrail küçələrindən görüntüləri teleqram-da paylaşıblar.

Paylaşılan videolardan birində ivrit dilində bu cümlələr də qeyd olunub: "Uzun illərdir sizin hərəkətlərinizi, addım-addım, dəqiqə-dəqiqə izləməkdəyik."

Bu qrup bir müddət öncə İsrailin müdafiə naziri Benni Qantsla bağlı da sənədləri paylaşmışdılar.

Qeyd edək ki, ötən həftə tanınmış kiber təhlükəsizlik üzrə İsrail şirkətinin rəhbəri İran xakerlərindən bir qrupun İsrail və ABŞ pilotsuz aparatlarına sızaraq onların nəzarətini ələ keçirə biləcəkləri  haqda açıqlama vermişdi.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55