Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olundu - SƏBƏB

Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olundu - SƏBƏB
Yayınlanma tarixi: 1/9/2026 2:17:08 PM

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

İslamazeri.com xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata əsasən, Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

Qeyd edilib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

AZAL yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.

GÜNÜN MANŞETLERİ

Bu gün TASUA GÜNÜDÜR
DİN

Bu gün TASUA GÜNÜDÜR

6/24/2026 10:03:14 AM
Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
ÖLKƏ / MÜNASİBƏT

Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

6/24/2026 10:00:01 AM
İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM