İranın İsrailə hücumları ilə bağlı qısa analitik yazı
İslamazeri.com olaraq İranın İsrailə hücumları ilə bağlı qısa analitik yazı təqdim edirik:
İsrailin Dəməşqdə İranın diplomatik korpusunu hədəfə alaraq yüksək rütbəli İnqilab Keşikçiləri Korpusunun zabitini qətlə yetirməsindən sonra, İranın hansı addımı atması ilə bağlı müxtəlif versiyalar mediada öz əksini tapırdı.
Bəziləri İranın ABŞ-la razılığa gələrək İsraili yüngül hədəfə alacağını, bəziləri isə İranın buna risk etməyəcəyini bildirirdi.
10 Apreldən sonra isə ABŞ mediası İranın İsrailə iki-üç gün içində hücum edəcəyilə bağlı məlumatlar yayırdı. Bu xəbərlər fonunda ABŞ İrana iki dəfə sərt xəbərdarlıq etmişdi. İsrail isə “Tehran əvvəl” fotosunu yaymış, hücumdan sonra dağıdılmış vəziyyətə düşəcəyilə bağlı subliminal mesaj vermişdi.
Bu məlumatların özəyi kəşfiyyat məlumatları kimi görünsə də, media müharibəsində istifadə edilən taktikalar idi və yayılmasında bir neçə məqsədi var idi
- İranı hücumdan çəkindirmək
- İranı onların istədiyi kimi hücuma cəlb etmək
- İranla bağlı dünya ictimaiyyətində nifrət yaratmaq və beləcə İran daxilində xalqı müharibənin şiddətli olması ilə bağlı qorxutmaq idi
Bəs İran bu hücumda qazandımı?
- İran daxilində xalqın İsrailə qarşı cavab gözləntisini reallaşdırdı
- Dünyada özünün hər kəsə cavab verə biləcək gücdə olduğunu göstərdi
- İsraili hətta ABŞ belə qoruya bilməyəcəyini göstərdi
- Bu hücumun qisas deyil, cavab hücumu olduğunu dünyaya göstərdi
- İranın açıqlamasına görə, İsrailin hərbi obyektlərini hədəfə aldı (Ramon və Nevatimdəki hb) – bu İranın qazancıdır demək olar
- İsrailliləri bir neçə müddətlik qorxuda bildi – bu psixoloji müharibənin pik həddidir ki, bu baxımdan da İran qazancdadır deyə bilərik
- Bu hücuma cavab olacağı təqdirdə daha ağır hücumlarla cavab verəcəyini bildirdi – bunu da İranın müharibədən çəkinmədiyini göstərməsi kimi “qazanc” kimi təqdim etmək olar
- BMT-nin nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsilə hərəkət etdiyini açıqladı və beləliklə dünya miqyasında özünü “qoçu”, “terrorçu”, “büynəlxalq qanunları heçə sayan” kimi təqdim edilməsinə mane oldu; siyasi qazanc əldə etdi
- İranda son sözü İranın Dini lideri söylədiyini dünyaya göstərmiş oldu
- İsrailli milyarderin gəmisini ələ keçirməsilə hücumdan qabağ “bu ayrı, o ayrı” mesajını verdi – yəni bölgədə qisasımızı alacağıq və bu cavab idi, bölgədəki qruplarla koordinasiyalı olaraq daima hücum edəcəyini demiş oldu
- İtkilərin az olması təsdiqlənərsə hücum edilən vasitələrin daha yeni versiyası üzərində işləməsinin lazımlığı, Müdafiə Sənayesinin kamilləşdirilməsi gündəmə gələcək. Həmçinin gələcəkdə yeni daha təsirli taktikalara ehtiyac duyulacaq. Əlbəttə İranın hücumun bu senaridə inkişaf etməsini istəyib istəmədiyini bilmədiyimizə görə, daha dəqiq bir şey deyə bilmərik.
İsrail nə qazandı, nə itirdi?
- Təbii ki, İsrailə göndərilən Şahed dron və ya PUAları, həmçinin müxtəlif növ raketlərin İsraildə böyük itkilər verməməsi İsrailin qazancıdır demək olar.
- İsrailin açıqlamasına görə, “Dəmir Qübbə”sinin hava hücumlarının qarşısını ala bilmə qabiliyyətinin 90 faiz olduğunu göstərdi – bunu qazanc kimi təqdim edirlər
- Lakin bu qazanc evində gizlənib borc yiyəsinin qarşısına çıxmayaraq vaxt qazananın “qazancına” bənzəyir
- İsrail əgər cavab tədbiri görməsə özünün “məğlubedilməzliyi” və ya “güclü” olmasını sual altına aparmış olacaq – yəni hələ ki, “sınmış” mövqedə İsraildir
- Hücumun qarşısını almaqda 1 milyard dollardan çox pul xərclədi, buda İrana nisbətdə 9-10 dəfə çox deməkdir
- İrana hücum olmazsa İsrail rəhbərliyinin “Müdafiəyə və hücuma hazırıq” sözünü tutmamış olması deməkdir
- ABŞ-ın “yardım” məsələsində “güvəndiyi dağa qar yağdığını” gördü (ABŞ İsrailə hücuma cavab verməməsilə bağlı xəbərdarlıq edib)
- Netanyahu hökümətinə qarşı ciddi etirazlar başlayıb, bunu da İsrail hökümətinin növbəti uğursuzluğu və ya itkisi kimi təqdim etmək olar
- İsrail rəsmilərinin hücum olmayacağı təqdirdə sözlərinin üstündə durmayacağını dünya görmüş olacaq – hələ ki, belədir
- İsrailə qarşı hücumların animasiyada qalmadığını dünya görmüş oldu (İsrail İran tərəfindən hücum animasiyaları ilə lağ-lağı edirdi).
- İsrail mediasına qarşı bu cür hallarda senzura həyata keçirilir, öna görə də itkiləri haqda məlumat dəqiq deyil.
P.S. Təbii ki, İsrailin hücum edəcəyi təqdirdə bütün bu deyilənlərə yenidən baxılmalı və döyüşlərin gedişatı ilə gündəmlər dəyişməsi mümkündür. Onuda qeyd edək ki, İsrailin İran ərazisinə hücum etməyəcəyi təqdirdə, yenidən İranın “proksi müharibə çərçivəsi”nə girmiş sayılacaq.