İrandan Trampın "müharibə qənimətləri" ilə bağlı sözlərinə cavab: Bunun üçün siz qalib gəlməlisiniz

İrandan Trampın
Yayınlanma tarixi: 8/8/2026 10:00:01 AM

İrandan Trampın "müharibə qənimətləri" ilə bağlı sözlərinə cavab: Əvvəlcə müharibəni qazanın

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarına cavab olaraq "müharibə qənimətləri" ritorikasının reallıqla ziddiyyət təşkil etdiyini vurğulayıb.

Bəqai sosial media paylaşımında Trampın "Qənimətlər qaliblərə məxsusdur. ABŞ Venesuelanın geniş neft ehtiyatlarından faydalanır və İran İslam Respublikasına da eyni şeyi edəcək" ifadəsinə diqqət çəkib.

Bəqai bildirib ki, bu sözlər ona amerikalı yazıçı Cozef Hellerin "Catch-22" romanını xatırladır. Burada Milo Minderbinder personajı müharibəni mənfəət və tamahkarlıq üçün bir vasitə kimi istifadə edir.

Bəqai qeyd edib ki, amerikalılar Venesuelaya tətbiq etdikləri üsulları İrana da tətbiq etmək vədləri verirlər, lakin "müharibə qənimətlərini" bölüşmək üçün hər hansı bir tərəf əvvəlcə müharibəni qazanmalı və çıxılmaz vəziyyətdə qalmamalıdır.

Bəqai "İranın qənimətləri" ifadəsinin "heç vaxt reallaşmayacaq qələbə üçün kağız nişandan" başqa bir şey olmadığını bildirərək yekunlaşdırıb.

GÜNÜN MANŞETLERİ