İran XİN başçısı çinə səfər edib.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi çinli həmkarı ilə ikitərəfli münasibətlər və regional inkişafları müzakirə etmək üçün Pekinə rəsmi səfər edib.
Əraqçi diplomatik nümayəndə heyəti ilə birlikdə çərşənbə günü səhər saat 3:00-da Pekinə gəlib.
Səfər zamanı Əraqçi və çinli həmkarı ikitərəfli münasibətlər, regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparıblar.