Əraqçi: Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq

Əraqçi: Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq
Yayınlanma tarixi: 5/4/2026 5:38:39 PM

Əraqçi: Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Hörmüz boğazının əvvəlki vəziyyətinə qayıtmayacağını vurğulayıb.

Xarici işlər naziri Abbas Əraqçi İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında danışıqlarla bağlı hesabat təqdim edib.

Əraqçi nüvə məsələlərinin danışıqlara daxil edilmədiyini bildirib.

İclas haqqında məlumat verən Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi deyib: "Əraqçi Hörmüz boğazının idarə olunması üçün mexanizm hazırladıqlarını və boğazın əvvəlki vəziyyətinə qayıtmayacağını və düşmən gəmilərinin keçməsinə icazə verilməyəcəyini bildirib".

İbrahim Rzayi əlavə edib: "Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi də iclasda müharibə, danışıqlar, atəşkəs və müharibə dövrünün təkrarlanmasına imkan verməyəcəklərini vurğulayıb. O, həmçinin İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınmasının və danışıqlarda kompensasiya məsələsinə diqqət yetirilməsinin vacibliyini qeyd edib".

GÜNÜN MANŞETLERİ