İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
Yayınlanma tarixi: 2/14/2026 10:14:11 PM

Rusiya Federasiyası İnquşetiya Respublikasında mübarək Ramazan ayı ərzində oruc tutan müsəlmanların rahatlığı üçün iş günü 1 saat qısaldılacaq.

İslamazeri.com  xəbər verir ki, bu barədə müsəlman respublikasının başçısı Mahmud-Əli Kalimatov göstəriş verib.

Bundan başqa, dövlət qurumlarına Ramazan ayı ərzində elektrik enerjisi, qaz və su təchizatının fasiləsiz təchizatı məsələsində daha diqqətli olmaq tapşırılıb.

O əlavə edib ki, “Qafqaz” federal avtomobil yolu boyu tranzit nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərinə iftar üçün şərait yaradılacaq.

Həmçinin özəl sektoruna da müvafiq çağırışlar edilib.

Regionun ticarət təşkilatlarına insanlar üçün xidmət saatlarını 23:00-dək uzatmaq tövsiyə edilib.

Biznesmenlərə, tacirlərə süni qiymət artımından çəkindən çağırışı edilib.

Şəhərlərdə əhalinin təzə məhsulla təminatı üçün kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək. Bu, insanlara imsak və iftar süfrələri üçün əlçatan qiymətlə lazımi məhsulları əldə etmək imkanı verəcək.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM