Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları keçmiş müdafiə naziri Baça Axalayanı tutublar.
İslamazeri.com xəbər verir ki, bu barədə DTX başçısının müavini Laşa Maqradze məlumat verib.
Axalaya 4 oktyabrda prezidenti administrasiyasına qarşı törədilən həmləyə rəhbərlikdə ittiham edilir.
Qeyd edilib ki, sabiq nazir etiraz aksiyasında şəxsən iştirak etməsə də, o, evində oturaraq internet-tətbiqlər vasitəsilə həmləyə onlayn rejimdə rəhbərlik edib və bu fakt IP-ünvanların və internet məlumatların şifrəsinin açılması ilə də təsdiqlənib.
Əlavə edilib ki, Axalaya bütün aksiya və PA binasının həmləsi boyu müxalifət liderləri və aksiya təşkilatçıları ilə kontaktda olub. Bu, onlarla kommunikasiya vaxtı və mitinq iştirakçılarının vaxtı ilə təsdiqlənir.
“Əldə edilən sübutlarla 4 oktyabrdakı cinayət tərkibli hadisələrin baş təşkilatçısının kimliyi isbat edilib. Baçana Baxalaya tərəfimizdən saxlanılıb”, – deyə Maqradze bildirib.
Onun sözlərinə görə, Gürcüstan DTX-sinin Tbilisi yaxınlığındakı meşədə gizlədilmiş və 4 oktyabrda seçki günü diversiya üçün nəzərdə tutulmuş böyük sayda silah və detonatorlu partlayıcıları müsadirə etdiyi “Ukraynadan silah tranziti işi” və Gürcüstan prezidentinin administrasiyasına həmlə işi birləşdiriləcək.
Xatırladaq ki, Gürcüstan DTX daha öncə bildirmişdi ki, Gürcüstandan olan şəxsin – Ukraynada fəaliyyət göstərən hərbi hissələrin birinin nümayəndəsinin tapşırığı ilə Gürcüstan vətəndaşı çox sayda odlu silah, sursat və partlayıcı maddə əldə edib.
Əldə olan əməliyyat məlumatlarına əsasən, 4 oktyabrdakı mütəşəkkil qrup zorakılığı və prezident sarayının ələ keçirilməsi cəhdinə parallel olaraq diversiyanın törədilməsi üçün sözügedən döyüş sursatlarının istifadəsi planlaşdırılırdı.