Dünyada “Beynəlxalq Qüds günü” qeyd edilir

Dünyada “Beynəlxalq Qüds günü” qeyd edilir
Yayınlanma tarixi: 5.04.2024 00:01:26

Ramazan ayının son cümə günü "Qüds günü" kimi qeyd edilir

İslamazeri.com xəbər verir ki, dünyada bu gün, Ramazanın son cüməsi "Beynəlxalq Qüds günü" kimi qeyd edilir.

Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.

Qüds gününün əhəmiyyəti

Hər şeydən əvvəl Qüds günü mübarizə və müdafiə günüdür. Mübarizə və müdafiəsiz həyat yoxdur. Əfsus ki, tarix boyu düşmən hiyləgərcəsinə biz müsəlmanların müdafiə və mübarizə ruhumuzu müəyyən qədər zəiflədə biliblər.  Qüds günü bizə təlqin edir ki, bundan sonra daha da mübariz olaq və düşməni qarşı amansız və sərt olaq.

Qüds günü vəhdət günüdür. Düşmən hər zaman aramızda ayrı-seçkilik salaraq birliyimizi pozmuş və bizə qalib gəlmişdir. Məhz Qüds günü məzhəbindən və firqəsindən asılı olmayaraq bizi vəhdətə çağırır.
Qüds günü ictimai məsuliyyət günüdür. Bəzən başımız fərdi ibadətlərə qarışır və ictimai öhdəliklərimizi unuduruq. Bu qətiyyən yolverilməzdir. Qüds günü bizə tək olmadığımızı və mən sərhədindən çıxıb qardaş-bacılarımızın dərdinə şərik çımağı bizə aşılayır.
Qüds günü düşmənin ifşa olunma günüdür. Batil əksərən haqqın arxasında gizlənərək həmlə edir. Çünki riyakar və rəzildir. Haqqın izzətindən sui-istifadə edib öz çirkinliklərini gizlədə bilir. Məhz Qüds günü bizə düşməni unutmamağa çağırır. Düşmənə qarşı yumşaqlığa son qoymağa çağırır.
Qüds günü haqq və vicdan günüdür. Vicdanlı olmaq və haqqa sevgi insanın fitrətindədir. Bir insan vicanlıdırsa o haqqı avtomatik müdafiə edəcəkdir. Məhz Qüds günü insanı vicdanıyla baş-başa qoyur. Həqiqət ortadadır. Haqqı,həqiqəti vicdansızlar danar. 

Qeyd edək ki, Qüds Günü Ayətullah Ruhullah Xomeyni tərəfindən təsis olunub.

GÜNÜN MANŞETLERİ