DİN: "Qarabağ"ın oyununda təhlükəsizlik üçün zəruri tədbirlər görülür

DİN:
Yayınlanma tarixi: 13.10.2022 13:14:45

Bu barədə DİN-in yaydığı məlumatda deyilir.

Bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - DİN-dən bildirilib.

GÜNÜN MANŞETLERİ