Azərbaycan millisi Moldova ilə yoxlama oyunları keçirəcək

Azərbaycan millisi Moldova ilə yoxlama oyunları keçirəcək
Yayınlanma tarixi: 2/20/2026 12:18:03 PM

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək.

"İslamazeri.com" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.

Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var

2/21/2026 12:16:58 AM