Ayətullah Lənkərani: Həqiqi müntəzir hegemon güclərə müqavimət göstərir

Ayətullah Lənkərani: Həqiqi müntəzir hegemon güclərə müqavimət göstərir
Yayınlanma tarixi: 2/5/2026 11:20:01 AM

Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani bu fikirləri Həzrət Vəli-Əsr (ə.c) Elm Hövzəsinin tələbələrinə əmmamə qoyulması mərasimində səsləndirib.

Həqiqi müntəzir (İmamın zühurunun intizarına olan şəxs) zülm qarşısında, xüsusilə ABŞ və sionist rejim kimi hegemon güclərin zülmü qarşısında susmur və müqavimət göstərir.

İslamazeri.com-un məlumatına görə, bu fikirləri Qum Elm Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani  Həzrət Vəli-Əsr (ə.c) Elm Hövzəsinin tələbələrinə əmmamə qoyulması mərasimində səsləndirib.

Fiqh və üsul elmləri üzrə tanınmış alim “Ümmətimin ən üstün əməli nicatın intizarıdır” hədisinə istinad edərək vurğulayıb ki, həqiqi müntəzir əvvəlcə özünü islah edir, sonra cəmiyyətin islahı yolunda çalışır və ədalətin bərqərar olunması üçün səy göstərir.

O qeyd edib: “Həqiqi intizar sahibi zülm və haqsızlıq qarşısında, xüsusilə ABŞ və sionist rejim kimi hegemon sistemlərin zülmü qarşısında susmur və müqavimət göstərir. Bu, ən üstün əməl sayılan fəal və qurucu intizardır.”

GÜNÜN MANŞETLERİ