ABŞ və İngiltərə Qurana edilən hücumları pisləməyi rədd edib

ABŞ və İngiltərə Qurana edilən hücumları pisləməyi rədd edib
Yayınlanma tarixi: 12.07.2023 11:06:07

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün keçirilən fövqəladə xüsusi sessiyada bəzi Avropa İttifaqına (Aİ) üzv ölkələrlə ABŞ və İngiltərə Qurana edilən hücumları pisləməyi rədd edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Cenevrədə İnsan Hüquqları Şurasının 53-cü növbədənkənar sessiyası davam edərkən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) çağırışı ilə fövqəladə xüsusi sessiya keçirilib.

Türkiyə iclasda BMT-ni Qurani-Kərimin yandırılmasının qarşısını almağa çağırıb və Qurana hücumları pisləyib.

Xarici işlər nazirinin müavini Yasin Ekrem Serim videomüraciətlə fövqəladə iclasa qatılarkən Qurana qarşı son hücumları pisləyib.

Nazir müavini Serim bəyan edib ki, əhalisinin əksəriyyəti müsəlman, Avropa Şurası və NATO kimi bütün Qərb təşkilatlarının üzvü və tərəfdaşı, Avropa İttifaqına üzvlüyə namizəd olan Türkiye anti-islamizmə qarşı təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Din və inanca görə nifrət və ayrı-seçkiliklə mübarizə aparmağın sözügedən ölkələrin məsuliyyəti olduğunu bildirən Serim deyib:

"Türkiyə bu məqsədlə bütün ölkələrlə ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə hazırdır. Biz təkcə müsəlmanları deyil, bütün bəşəriyyəti təhdid edən nifrət aktlarına qarşı açıq və ortaq mesaj vermək üçün bütün ölkələri bu qərarı dəstəkləməyə çağırırıq".

Digər tərəfdən, Səudiyyə Ərəbistanı, Pakistan, İordaniya, Misir, İndoneziya və İranın xarici işlər nazirləri və Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri də videomüraciətlə iclasda açıqlamalar veriblər.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatın təqdim etdiyi qərar layihəsində; Quranı hədəf alan və "dinə nifrət" olaraq xarakterizə edilən hücumların pislənməsi çağırışı edilib.

Qurani-Kərimə hücumlarla bağlı keçirilən fövqəladə iclasa təqdim edilən qərar layihəsi Aİ adından çıxış edən Belçika tərəfindən səsə qoyulub.

Səsvermədən əvvəl bəzi Avropa İttifaqına üzv ölkələr, həmçinin ABŞ və İngiltərə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları pisləyən qanun layihəsinə “yox” səs verəcəklərini bəyan ediblər.

Bəzi ölkələrin çıxışlarının uzadılmasından sonra Şura yenidən toplanaraq İƏT-in qınama qanun layihəsini səsə qoymağa qərar verib.

Xatırladaq ki, Qurana qarşı son hücumlar BMT baş katibi və Papa tərəfindən də qınanmışdı.

GÜNÜN MANŞETLERİ