Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəlib

Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəlib
Yayınlanma tarixi: 23.02.2023 11:31:34

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

Bu barədə "İslamazeri.com"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

GÜNÜN MANŞETLERİ