Yəmən Səhiyyə Nazirliyi: 4000-dən çox yəmənli xəstənin həyatı təhlükədədir

Yəmən Səhiyyə Nazirliyi: 4000-dən çox yəmənli xəstənin həyatı təhlükədədir
Yayınlanma tarixi: 21.12.2022 11:04:11

Yəmənin Milli Azadlıq Hökumətinin Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq rəhbəri xəbərdarlıq edib ki, blokadaya görə bu ölkədə dərman çatışmazlığı səbəbindən böyrək çatışmazlığı olan 4 mindən çox xəstənin həyatı təhlükədədir.

İslamazeri.com xəbər verir ki, Əl-Məsirə kanalının məlumatına görə, Yəmən Səhiyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq rəhbəri Mürtəza əl-Mürtəza çərşənbə axşamı bildirib ki, Səhiyyə Nazirliyinin anbarlarında olan böyrək çatışmazlığı ilə bağlı dərmanlar yaxın günlərdə tükənəcək.

Mürtəza 4150 böyrək çatışmazlığı xəstəsinin dializ seanslarının dayandırılması və dərmanların tükənməsi halında müəyyən ölümlə üzləşəcəyini, buna görə də Birləşmiş Millətlər Təşkilatından dərhal hərəkətə keçməsini istədiklərini söyləyib.

Yəmən rəsmisi BMT-ni Sənanın dializ dərmanları ilə təmin etmək tələblərinə cavab verməməkdə ittiham edib.

O, 2023-cü il üçün böyrək çatışmazlığına qarşı dərmanların verilməsi üçün aylardır Birləşmiş Millətlər Təşkilatı daxilindəki təşkilatlara müraciət etdiklərini, lakin tələblərinin indiyədək gecikdirildiyini bildirib.

Sənanın Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, hökumət Səna hava limanı və Hudeyda limanı blokadada olduğu üçün dərman idxal edə bilmir.

GÜNÜN MANŞETLERİ