Yardımlıda uşaq bağçasında yanğın baş verib

Yardımlıda uşaq bağçasında yanğın baş verib
Yayınlanma tarixi: 14.12.2021 17:41:19

Yanğının yanğından mühafizə bölmələri tərəfindən söndürüldüyü bildirilib.

Yardımlı rayonunda uşaq bağçasında yanğın olub.

Bu barədə İslamazeri.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

GÜNÜN MANŞETLERİ