Xırdalanda parkdan skamyalar oğurlanıb

Xırdalanda parkdan skamyalar oğurlanıb
Yayınlanma tarixi: 15.04.2023 11:16:32

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov saxlanılıb.

Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ