Xaricdə təhsil almış azərbaycanlıların forumu keçiriləcək

Xaricdə təhsil almış azərbaycanlıların forumu keçiriləcək
Yayınlanma tarixi: 26.04.2023 12:32:09

Xaricdə təhsil almış azərbaycanlıların forumu keçiriləcək.

Ötən əsrin 70-ci illərindən sonra 15 mindən çox gəncin xaricdə təhsil alması təmin edilib.

İslamazeri.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.

O deyib ki, yaxın zamanlarda xaricdə təhsil almış azərbaycanlıların forumunun keçirilməsi nəzərdə tutulur:

“Həmin forumda bu haqda daha geniş məlumatlar veriləcək”.

 

Nazir deyib ki, bu il daha iki xarici universitetlə ikili diplom proqramının imzalanması məzərdə tutulub:

“Onlardan biri İsrail, digəri isə Böyük Britaniya universitetidir. Artıq tələbələrimiz xaricdə təhsil almaqla yanaşı, dünyanın aparıcı ali təhsil müəssisələrinin universitetlərinin ikili diplom proqramı çərçivəsində elə ölkəmizdə yüksək təhsil ala bilirlər. Bu gün həmin tələbələrin sayı 616 nəfərdir".

GÜNÜN MANŞETLERİ