Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğradı: 20 ölü

Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğradı: 20 ölü
Yayınlanma tarixi: 28.03.2023 13:01:26

Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanında olan qrupu daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər həyatını itirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin cəlb olunduğu yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu söyləyib.

GÜNÜN MANŞETLERİ