NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə etdiyini və Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, NATO-Ukrayna Komissiyası iclasının açılışında çıxış edən Yens Stoltenberq Ukraynanın son vaxtlarda Rusiyaya qarşı əks hücuma keçdiyini xatırladıb.
Yens Stoltenberq deyib: "Ukrayna irəliləyiş əldə edir. Biz Ukraynaya hərbi texnika, silah və sursat tədarükünü artırmalıyıq''.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milley Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücum əməliyyatında davamlı irəliləyiş əldə etdiyini bildirib.
NATO-nun mənzil-qərargahında ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birgə mətbuat konfransı keçirən Milley əks-hücumun “qanlı və şiddətli” olacağını, uzun və baha başa gələcəyini bildirib.
Lloyd Ostin deyib: "Bu, gözlədiyimiz kimi çətin döyüş olacaq".