“ALI Technologies” şirkəti tərəfindən hazırlanan bu motosiklet 680 min ABŞ dollarına satılacaq.
İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi” və futbolçu Keisuke Honda tərəfindən dəstəklənən “ALI Technologies” şirkətinin hazırladığı uçan motosiklet- “XTurismo Limited Edition” 680 min ABŞ dollarına satışa çıxarıb.
Məlumata görə, uçan motosiklet bir dəfə doldurulmaqla 40 dəqiqə havada qala bilir və 100 kilometr sürətə çata bilir.
Bildiirlir ki, uçan motosikletin 5 mühərriki olacaq (1-i daxili yanma, 4 -akkumulyatorlu). Şirkət 2022-ci ilin sonuna qədər 200 ədəd avtomobil istehsal etməyi hədəfləyir.