Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində deportasiya prosesi davam edir.
Türkiyənin Miqrasiya İdarəsi ilin əvvəlindən etibarən deportasiya edilən qeyri-qanuni miqrantların sayının 19 405-ə çatdığını açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İdarənin rəsmi internet səhifəsindən verilən bəyanata görə, qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində deportasiya prosesi davam edir.
Bu çərçivədə 1-6 mart tarixləri arasında Ağrı, Ərzurum və İğdırdan cəmi 4 çarter uçuşla 544 Əfqanıstan vətəndaşı deportasiya edilib.
2023-cü ilin əvvəlindən etibarən 19 405 əcnəbi deportasiya edilib.
Ötən il isə 237 çarter reyslə 235-i Əfqanıstan, 2-si də Pakistan vətəndaşı olmaqla 124.441 qeyri-qanuni miqrantın deportasiya edildiyi bildirilib.