Tovuzda orta məktəbdə mülki müdafiə tədbiri keçirilib

Tovuzda orta məktəbdə mülki müdafiə tədbiri keçirilib
Yayınlanma tarixi: 17.05.2023 11:48:24

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi mülki müdafiə tədbiri keçirib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin, eləcə də Tovuz rayonunda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, ümumtəhsil müəssisələrinin rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər. Həmçinin, çıxışlarda mülki müdafiə sahəsində qurumlararası birgə fəaliyyətin və sıx əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığı vurğulanıb.

GÜNÜN MANŞETLERİ