Şuşa-Xankəndi yolunda aksiya bir sutkadır davam edir

Şuşa-Xankəndi yolunda aksiya bir sutkadır davam edir
Yayınlanma tarixi: 13.12.2022 11:02:20

Ötən gün səhər saatlarından başlayan aksiya gecə boyu davam edib.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları bir sutkadır davam edir.

İslamazeri.com xəbər verir ki, ötən gün səhər saatlarından başlayan aksiya gecə boyu davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarlarını səsləndirir.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

GÜNÜN MANŞETLERİ