Suriya Aİ-dən yardım tələb edib

Suriya Aİ-dən yardım tələb edib
Yayınlanma tarixi: 9.02.2023 11:10:01

Böhran İdarəetmə prezidenti Lenarçiç Suriya hökumətinin mülki müdafiə mexanizmi vasitəsilə zəlzələdən zərər çəkmiş bölgələrə yardım istəyib.

Avropa Komissiyasının Böhran İdarəetmə Bölməsi Suriyanın Kahramanmaraşdakı zəlzələdən 2 gün sonra Avropa İttifaqının (Aİ) Mülki Müdafiə Mexanizmindən yardım istədiyini açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Böhran İdarəetmə prezidenti Lenarçiç Suriya hökumətinin mülki müdafiə mexanizmi vasitəsilə zəlzələdən zərər çəkmiş bölgələrə yardım istəyib.

Lenarcic bildirib ki, Aİ-yə üzv dövlətlər tələb olunan yardımı göstərməyə çağırılıb.

Suriyanın səhiyyə naziri Həsən əl-Qabbaş zəlzələ bölgələrində qeyri-müəyyən nəticəyə görə 1262 nəfərin həyatını itirdiyini, 2285 nəfərin isə yaralandığını açıqlayıb.

GÜNÜN MANŞETLERİ