Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb

Sumqayıtda qanunsuz tikintinin qarşısı alınıb
Yayınlanma tarixi: 21.12.2022 12:17:43

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.

GÜNÜN MANŞETLERİ