Sudanda qarşıdurmalar davam edir

Sudanda qarşıdurmalar davam edir
Yayınlanma tarixi: 17.05.2023 14:19:38

Sudanda paytaxt və ətraf şəhərlərdə ordu ilə xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar davam edir.

Sudanda paytaxt və ətraf şəhərlərdə ordu ilə xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar davam edir.

İslamazeri.com xəbər verir ki, ordu dünən səhər saatlarında paytaxt Xartum, Bəhri və Umdurmandakı xüsusi təyinatlıların məntəqələrini reaktivlərlə vurub.

Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli qarşıdurmalar gedib.

Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə atəş səsləri eşidilib.

Sudan Həkimlər Komitəsi paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərindəki ölümlər də daxil olmaqla, indiyədək 822 mülki vətəndaşın həyatını itirdiyini, 3215 nəfərin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə Bəyannaməsi” imzalanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, aprelin 15-dən bu yana 736 min 200 insan ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb.

Evlərini tərk edənlərin 450 mini uşaq olduğu halda, qonşulardakı qeyri-sabitlikdən sonra daha əvvəl Sudana sığınan on minlərlə insan öz ölkələrinə qayıdıb.

GÜNÜN MANŞETLERİ