Sudanda 24 saatlıq müvəqqəti atəşkəs rejimi qüvvədədir

Sudanda 24 saatlıq müvəqqəti atəşkəs rejimi qüvvədədir
Yayınlanma tarixi: 19.04.2023 11:30:16

Sudanda 24 saatlıq müvəqqəti atəşkəs rejimi qüvvədədir.

İslamazeri.com xəbər verir ki, atəşkəsin ilk dəqiqələrində paytaxt Xartumda kiçik toqquşmalar olsa da, ümumilikdə sakitliyin hökm sürdüyü müşahidə olunub.

Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan "CNN"-ə verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq yerli vaxtla saat 18:00-dan başlayaraq 24 saat atəşkəsə əməl edəcəklərini bildirib.

Sudanda ordu ilə toqquşan xüsusi təyinatlıların komandiri Məhəmməd Hamdan Dağalu da ABŞ dövlət katibi Antoni Blinkenin 24 saatlıq atəşkəs təklifini qəbul etdiklərini açıqlayıb.

Qeyd edək ki, Sudanda toqquşmalarda ölənlərin sayı 270-ə çatıb.
Ordudan verilən açıqlamada "Vasitəçilər və beynəlxalq ictimaiyyətlə atəşkəslə bağlı hər hansı koordinasiyadan xəbərimiz yoxdur. Üsyançıların 24 saatlıq atəşkəs elanı saatlar ərzində sarsıdıcı məğlubiyyətlərini ört-basdır etmək məqsədi daşıyır" ifadəsindən istifadə edilib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken dünən Sudan Silahlı Qüvvələrinin komandanı general Əbdülfəttah əl-Burhan və xüsusi təyinatlıların komandanı general Məhəmməd Həmdan Daqalu ilə ayrı ayrılıqda görüş keçirib.

“Blinken müharibədən zərər çəkənlərə humanitar yardımın çatdırılmasına, sudanlı ailələrin birləşdirilməsinə və beynəlxalq ictimaiyyətin Xartumda mövcudluğunun təmin edilməsinə imkan yaratmaq üçün atəşkəsə nail olunmasının təcili olduğunu vurğulayıb”, - deyə verilən açıqlamada bildirilib.

GÜNÜN MANŞETLERİ