Somalidə törədilən hücumlarda ölənlərin sayı artıb

Somalidə törədilən hücumlarda ölənlərin sayı artıb
Yayınlanma tarixi: 6.01.2023 10:15:04

Somalinin Hiran bölgəsində dünən törədilən iki hücum nəticəsində ölənlərin sayı 35 nəfərə yüksəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Hiran Polis İdarəsinin sözçüsü Abdiaziz Əhməd dünən paytaxt Moqadişodan təxminən 300 kilometr şimalda yerləşən Mahas şəhərində bombalı hücumlar törədildiyini xatırladıb.

Əhməd hücumlarda həyatını itirənlərin sayının 35-ə yüksəldiyini, ölənlər arasında əsgərlərin olduğunu bildirib.

Mahas Bələdiyyə Başçısı Mumin Mohamed Halane isə həyatını itirənlərdən 9-nun eyni ailədən olduğunu, hücumlar nəticəsində 72 nəfərin də yaralandığını qeyd edib.

Halane evinin də hədəf alındığını və bəzi yaralıların Rəcəb Tayyib Ərdoğan xəstəxanasına yerləşdirildiyini bildirib.

Hücumlarda hədəf alınan binanın “Eş-Şəbab”a qarşı əməliyyat keçirən təhlükəsizlik qüvvələrinin qərargahı olduğu bildirilib.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

GÜNÜN MANŞETLERİ