Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin həyatına qısa baxış.
İslamazeri.com-un Kim Kimdir layihəsindən:
Ayətullah əl-üzma Şeyx Bəşir Hüseyn Nəcəfi 1942-ci ildə Hindistanın Caləndhər şəhərində anadan olmuşdur.
Atası Şeyx Sadiq (r ə ) Pakistanın Lahur şəhərinin sayılıb seçilən şəxslərindən olmuşdur. İlk təhsilini (sərf, nəhv, bəlağə, fiqh, usul ) Lahur şəhərində babası Şeyx Muhəmməd İbrahim Pakistanidən (r.ə ), və əmisi Şeyx Xadim Hüseyndən (r.ə ) və Pakistanın böyük elmi mərkəzlərindən olan, Camiə Müntəzər mədrəsəsinin təsisçisi olan Əllamə Əxtər Abbas Pakistanidən (r.ə ) almışdır. Daha sonra təhsilini daha da artırmaq üçün 1965-ci ildə Elm şəhərinin qapısı, Əmirəl-möminin Əli (ə.s )-ın müqəddəs vucudunun dəfn olunduğu Nəcəful-Əşrəfə hicrət etmişdir. Nəcəful-Əşrəfdə məşhur olan ustadların yanında dərs almışdır. Onlardan Ayətullah Şeyx Muhəmməd Kazım Təbrizinin (r.ə ) Kifayətul-usul və bəhsi xaricində iştirak etmiş. Ayətullah Üzma Seyid Muhəmməd Ruhaninin (r.ə ) yanında 7 ildən artq usul və fiqhin xaric dərslərini almışdır. Daha sonra dövrünün böyük mərcəi təqlid müctəhidlərindən olan Ayətullah əl-Üzma İmam Seyid Əbül Qasim Musəvi Xoinin (r.ə ) yanında usul və fiqhin xaric dərslərini almışdır. Hal hazırda Nəcəf Elmiyyə hövzəsində bəhsi xaric dərslərini tədris edir. 1-Əddinul-Qəyyim 2-Mənasikul-Həcc 3-Xeyru Səfaih fi əhkami Əfai 4-Miətu sual hovlə Xüms 5-Əhkamu Sovm - orucun hökmləri (tərcümə olunur ) 6-Səyəbqa Nəcəf raidətu hövzatul aləm 7-Mustəfa Dinul Qəyyim 8-Murşid əş-Şəfiq ilə Həccil-beytil-ətiq 9-Buhusun fiqhiyyətu muasirə 10-Şəairu əl-Hüseyniyyətu və mərasimu ələza 11-İləl Şəbab – Cavanlara nəsihət (tərcümə olunur ) 12-Şərhi müalimu əl Usul 13-Risalətu fil Etikaf 14-Risalətu fil Əhkamil-Ğeybət 15-Şərhi Kifayətul Üsul 16-Bəhsu mufəssəl fi elmi əl-Dirayə 17-Şərhi Mənzumətul Həkim əs-Səbzivari 18-Şərhi əla irsil-Lümə 19-Kitab fit-tövbə 20-Risalə fi səlatil-cümə 21-Xeyrul səhaif fi əhkamil əfaif 22-Risalə əlxüms istidlaliyyətu 23-Risalətu fi əhkamir-radio vət-televizyon vət-təmsil 24-Təliqihi əla şərhit-təcrid 25-Tənqihur-ruvat ləm yətummu bəəd 26-Viladətu İmamil-Mehdi (ə.f ) - İmam Mehdinin (ə.f ) viladəti (tərcümə olunur )