Sıxlığa görə 55 avtobus ünvana gecikib

Sıxlığa görə 55 avtobus ünvana gecikib
Yayınlanma tarixi: 11.01.2023 10:04:39

Bu barədə Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 55 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə "İslamazeri.com"a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-25 dəqiqə gecikmə müşahidə olunur.

2. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

3. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

4. Heydər Əliyev prospekti şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

5. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.

GÜNÜN MANŞETLERİ