Si Cinpin yenidən Çin Xalq Respublikasının Sədri seçilib

Si Cinpin yenidən Çin Xalq Respublikasının Sədri seçilib
Yayınlanma tarixi: 10.03.2023 12:38:39

Sessiyada Han Cinq vitse-prezident, Cao Lici isə parlamentin spikeri seçilib.

Si Cinpin yenidən Çin Xalq Respublikasının (ÇXR) Sədri seçilib.
İslamazeri.com xəbər verir ki, 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (parlament) birinci sessiyasının nümayəndələri yekdilliklə Si Cinpinin üçüncü beşillik müddətə Çin Sədri seçilməsinin lehinə səs veriblər.

Sessiyada Han Cinq vitse-prezident, Cao Lici isə parlamentin spikeri seçilib.

Si, Cao və Han and içərək vəzifələrinə başlayıblar.

2013 və 2018-ci illərdə iki dəfə sədr seçilən və 10 il vəzifədə olan Si 5 illik müddətə yenidən seçilərək Çin Xalq Respublikasının tarixində üçüncü dəfə sədr postunu tutan ilk şəxs olub.

Si Cinpin həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.

GÜNÜN MANŞETLERİ