Səudiyyə: İranla dialoq yolları axtarırıq

Səudiyyə: İranla dialoq yolları axtarırıq
Yayınlanma tarixi: 18.01.2023 14:53:35

"İranla əlaqələr qurmaq və dialoq yollarını axtarırıq".

Səudiyyə Ərəbistanının xarici işlər naziri bəyan edib ki, Ər-Riyad Tehranla əlaqələr qurub və dialoqun davam etdirilməsi üçün əsas və yol axtarır.

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Davos İqtisadi Sammitində deyib:

"Diqqətin geosiyasi məsələlərdən çox inkişafa yönəlməsi iranlılar və digərləri üçün birgə inkişafın başqa yollarının olduğuna dair güclü mesaj ola bilər. İranla əlaqələr qurmaq və dialoq yollarını axtarırıq.

Dialoq regionda münaqişələrin həllinin ən yaxşı yoludur və biz diqqəti inkişafa yönəltməyə və hamı ilə dialoq yolları yaratmağa çalışırıq".

Bin Fərhan ABŞ ilə müttəfiqliyi də xatırlatmağı unutmayaraq, “ABŞ ilə geniş ortaqlıq bu ölkə ilə daimi razılaşma demək deyil”, deyə bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin ölkəsinin iqtisadiyyatının bu il ən sürətli artımı görəcəyini iddia edib.

GÜNÜN MANŞETLERİ