Səlahəddin Özgündüz: "Başımız sağ olsun!"

Səlahəddin Özgündüz:
Yayınlanma tarixi: 2.03.2023 14:46:34

Səlahəddin Özgündüz Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib.

Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüz ürək tutması nəticəsində dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi və Məşədi Dadaş məscidinin cümə imamı Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, Səlahəddin Özgündüz başssağlığı mesajında bildirib:

"İnna lillah və inna iləyhi raciun.

Alim öldüyü zaman, İslamda elə bir boşluq yaranar ki, onu heç nə bağlaya bilməz.

Bu gün Azərbaycan böyük bir dəyəri, İslam və türk dünyası, həmçinin Əhli-Beyt ardıcılları faydalı və mühüm şəxsiyyətini itirmişdir. 

Biz də çox əziz bir dostumuzu və Zeynəbiyyəlini itirdik.

Qafqaz Müsəlmanları İdarəsinin Nümayəndəsi və Məşədi Dadaş məscidinin baş imamı, qardaşım Höccətül İslam Hacı Şahin Həsənlinin Haqqın rəhmətinə qovuşduğunu dərin hüznlə öyrəndim.

Mərhuma Allahdan rəhmət və məğfirət, başda İmam Mehdi (ə.f) olmaqla, Şeyxülislam Hacı Allahşükür Paşazadənin simasında Azərbaycan üləmalarına və dəyərli insanlarına, xüsusən də mərhumun kədərli ailəsinə və cümlə sevərlərinə səbr və başsağlığı diləyirəm. 

Bizim də başımız sağ olsun!"

GÜNÜN MANŞETLERİ